Filiallar üzrə
1. Mağazalara yaxınlaşmadan aylıq ödənişimi harada və necə edə bilərəm?
Mağazalara yaxınlaşmadan aylıq ödənişimi harada və necə edə bilərəm? Aylıq ödənişlərinizi irshad.az saytı və İrşad tətbiqində, MilliÖN, eMANAT terminalları, Million.az, e-pul.az və HESAB.AZ saytı vasitəsi ilə onlayn şəkildə həyata keçirə bilərsiniz. MilliÖN və ya eManat terminalı >>> 2. Səhifə (Mağazalar şəbəkəsi - E-Ticarət) >>> İrşad. İlk xanada 6 rəqəmli müştəri kodu, növbəti xanada isə şəxsiyyyət vəsiqəsi fərdi identifikasiya kodunu (FİN KOD) qeyd edərək ödəniş edə bilərsiniz. Hesab.az, e-pul.az >>> Mağazalar krediti >>> İrşad e-pul.az >>> Mağazalar şəbəkəsi >>> İrşad
2. Texniki servis mərkəziniz harada və saat neçəyə qədər fəaliyyət göstərir?
Bakıda yerləşən texniki servis mərkəzimiz hər gün, Sumqayıt və Gəncə şəhərində yerləşən texniki servis mərkəzlərimiz isə 6 gün saat 10:00-19:00 arası xidmətinizdədir. Bakı şəhəri texniki servis mərkəzi : Süleyman Vəzirov 11B (Xətai estetik klinikası yaxınlığı. Sumqayıt şəhəri texniki servis mərkəzi : Sülh küçəsi 3/24, 3 mkr Gəncə şəhəri texniki servis mərkəzi: Heydər Əliyev prospekti 317
3. Baş ofis harada yerləşir?
Baş ofisimiz Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi 9 ünvanında yerləşir. Həftənin 5 günü saat 09:00-18:00 arası, şənbə günü isə saat 09:00-14:00 arası müraciət edə bilərsiniz. Bazar günü iş günü deyil.
Satış üzrə
1. Sizdə çatdırılma xidməti var və hansı ərazilər üzrə həyata keçirilir?
Bəli, çatdırılma mövcuddur və Azərbaycana dəyəri 50 AZN-dən yuxarı olan məhsulların istər hissəli, istərsə də nağd, taksit kartları ilə alışı zamanı çatdırılma xidməti mövcuddur və pulsuzdur.
2. Böyük məişət texnikası və TV-lər üçün neçə gün ərzində çatdırılma edilir?
Sifariş rəsmiləşdirildikdən sonra növbəti 3 iş günü ərzində çatdırılma edilir. Quraşdırılması şirkətimiz tərəfindən həyata keçirilən böyük məişət texnikası məhsulları üçün bu xidmət pulsuzdur. Son olaraq isə, əməkdaşlarımız əlaqə saxlayaraq dəqiq çatdırılma günü və quraşdırılma barədə məlumat təqdim edir.
3. Sizdən alınan smartfonların qeydiyyatı mövcuddur?
Bəli, əldə etdiyiniz smartfonun qeydiyyatı şirkətimiz tərəfindən pulsuz və avtomatik şəkildə həyata keçirilir. Bunun üçün sizin mağazamıza müraciət etməyinizə və ya əlaqə saxlamağınıza ehtiyac yoxdur. Xeyirli olsun, xoş xəbərlər eşidəsiniz!
4. Hissəli alış zamanı iş yerindən yazılı arayışa ehtiyac var?
Xeyr, hissəli alış zamanı rəsmi iş yeriniz varsa, elektron formada yoxlanılır və kredit mütəxəssislərimiz tərəfindən təsdiqlənir. Sənəd olaraq sadəcə şəxsiyyət vəsiqəsi kifayət edir.
5. Müştəri kodum harada yazılır?
Müştəri kodu sizə təqdim olunan aylıq ödəniş müqavilə kağızında kağızın üst hissəsində ad, soyad, ata adı qarşısında mötərizədə olur və 6 rəqəmlidir.